Bakıda açıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB

20:15 16.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhəri, Xətai rayonunda açıq ərazidə baş verən yanğın söndürülüb.

Hafta.az xəbər verir ki, əraziyə cəlb olunan yanğınsöndürənlər tərəfindən yanğının qarşısı alınıb.

***

Bakı şəhərinin Xətai rayonu, Köhnə Günəşli qəsəbəsində açıq ərazidə yanğın başlayıb. Alovlanma nəticəsində ətrafı qara qatı duman bürüyüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Hafta.az-a bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub:

"Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir".